
Bakı. Trend:
Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi
keçirilib.
Trend xəbər verir
ki, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir bədii hissə ilə
başlayıb.
Mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor
Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası, dövlət
sərhəd xidmətinin süvarilər dəstəsinin numunevi cixislari və dsx
ansamblının ifasında milli musiqilerimiz izləyicilər tərəfindən
maraqla qarşılanıb.
Daha sonra bürünc medal uğrunda Özbəkistan və Nigeriya
kollektivlərinin matçı start götürüb. Azərbaycan millisi isə
finalda Mərakeş yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, çövkən üzrə dünya çempionatına iyunun 10-da start
verilib





























