Bakı. Trend:
“Mançester Siti” Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə
hazırlaşır.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin məvacibi artırmaq
arzusundadır.
İspaniyalı məşqçinin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin
yayında bitəcək. Onun hazırki maaşı 23,7 milyon avrodur. Bir neçə
gün əvvəl Qvardiola gələn mövsümün sonunda “Mançester Siti”ni tərk
etmə ehtimalını bildirib.
Qeyd edək ki, ispaniyalı məşqçi 2016-cı ildən komandaya
rəhbərlik edir. “Şəhərlilər” 6 dəfə İngiltərə Premyer Liqasının
qalibi olub, 1 dəfə Çempionlar Liqası titulunu qazanıb.





























