Advertisement

Harri Keyn İngiltərə millisinin tarixinə düşdü

Bakı. Trend:

Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, hücumçu dünya və Avropa
çempionatlarındakı oyun sayında rekord vurub.

Serbiya ilə AVRO-2024-ün matçı Keynin final mərhələlərində 23-cü
oyunu olub. O, Eşli Koulun rekordunu yeniləyib.

Qeyd edək ki, İngiltərə Serbiyanı 1:0 hesabı ilə məğlub
edib.