Advertisement

“Qarabağ”ın Avropadakı mövqeyi açıqlanıb – Trend.Az

Bakı. Trend:

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.

Azərbaycan siyahıda dörd komanda ilə təmsil olunub. Ən yaxşı
təmsilçimiz “Qarabağ”dır.

Ölkə çempionu 259 xalla 62-ci yedədir. “Neftçi” 19 xalla
245-cidir. Dörd xal geri qalan “Sabah” 267-ci,, 6 xala malik “Zirə”
336-cı yerdədir.

Qeyd edək ki, siyahıya 2362 xalı olan “Real” başçılıq edir.