Advertisement

Ölkədə elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb?

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi,
qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1
331,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər
göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə
müqayisədə 4,1%-lik azalma müşahidə olunub.

Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların
təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi
235,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 11,7% artım
deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln.
manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib,
2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə
olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı
sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat
təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.