Advertisement

Gürcüstan turistlər üçün icbari sığorta tətbiq edəcək – Bu tarixdən

Bakı. Trend:

2026-cı il yanvarın 1-dən Gürcüstana gələn bütün xarici
turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari
olacaq.

Trend bu barədə gürcü
KİV-lərinə istinadən xəbər verir.

Ölkəyə gələn qonaqların sağlamlığının və təhlükəsizliyinin
qorunması üçün turizm qanunvericiliyinə dəyişikliklər edilib.

Yeni tələblər üçün planlaşdırılan icra tarixi əvvəlcə 1 iyun
2024-cü il tarixinə təyin edilmişdi, lakin özəl sektor, habelə
xarici səfirliklər və konsulluqların tam hazırlıqlı və məlumatlı
olmasını təmin etmək üçün təxirə salınacaq.

Bu dəyişikliklər parlament çoxluğu tərəfindən dəstəklənir və bu,
özəl sektorun yeni qaydalara uğurla uyğunlaşdırılması üçün yeni
normativ aktların, o cümlədən məlumat kampaniyalarının və digər
tədbirlərin həyata keçirilməsinə çoxmərhələli yanaşmanın zəruriliyi
vurğulanır.

(Tərcümə: Gülnarə Kərimova)