Bakı. Trend:
“Xəzri” baş məşqçisi Murat Dikmənlə müqaviləsini
yeniləməyib.
Trend xəbər verir ki,
türkiyəli mütəxəssisin İdman.biz-ə verdiyi məlumata görə, özü anlaşmanı
imzalamağa tələsmir.
Azərbaycan Basketbol Liqasının gümüş medalçısı bildirib ki,
klubun hədəfləri dəqiqləşdikdən sonra qərarını verəcək: “Yeni
mövsümdən də çempionluq üçün oynayıb-oynamayacaqları və büdcənin
necə olacağını gözləyirəm. Yalnız bunlardan sonra yeni müqavilə
imzalana bilər”.
Onun sözlərinə görə, Azərbaycanda işinə davam etmək
arzusundadır: “Kosovonun “Priştina”, Slovakiyanın “Komarno”,
Çexiyanın “Brno” və Türkiyənin “Esenler Erol”, “Çayırova” klubları
ilə yanaşı, ölkənizdən də təkliflər var. Azərbaycanda qalmaq
istəyirəm. 15 gün ərzində hər şey bəlli olacaq”.
Qeyd edək ki, “Xəzri” Dikmənin rəhbərliyi altında finala kimi
irəliləyib. Komanda həlledici seriyada “Sabah”a uduzaraq ikinci
olub.





























