Bakı. Trend:
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-may
aylarında daşınan yüklərin həcmi 3 337,9 min ton təşkil etmiş və
əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb.
Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə daşınan yüklərin 50%-ni neft
yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 5 576,4 min ton həcmində
yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 468 min
tonunu və ya 80,1%-ni tranzit yüklər təşkil edib”, – məlumatda qeyd
olunur.
Bildirilir ki, 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda
qalan yüklərin həcmi 280,1 min ton olub.
Məlumata əsasən, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış
sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7%
artaraq 10,9 min nəfər olub.



























