Bakı. Trend:
Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines Kriştiano
Ronaldoya qadağa qoyub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, dostları onunla eyni oteldə qala
bilməz.
Əvvəlki turnirlərdə dostları Kriştianonun yanında olur,
portuqaliyalı ulduza dəstək verirdilər. Hətta onlara xüsusi otaqlar
da ayrılıb. Amma bu dəfə vəziyyət dəyişib. Baş məşqçi futbolçunun
və komanda yoldaşlarının oyunlara yüksək konsentrasiya olması üçün
Ronaldonun güzəştlərinin aradan qaldırılmasını istəyib.
Qeyd edək ki, Portuqaliya F qrupunda Çexiya, Türkiyə və
Gürcüstanla yarışacaq. Komanda ilk oyununu sabah çexlərə qarşı
keçiriəcək.





























