
Bakı. Trend:
Bu gün AVRO-2024-ün F qrupunda qərarlaşan komandalar mübarizəyə
qoşulur.
Trend xəbər verir ki, bugünkü oyun günündə Gürcüstan Türkiyə,
Portuqaliya isə Çexiya ilə üz-üzə gələcək.
Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə əldə edən
Gürcüstan seçməsi bu görüşdə qələbə qazanaraq turnirə uğurlu start
vermək niyyətindədir. Ancaq Türkiyə millisi ilə görüşdə bu nəticə
olduqca aşağı ehtimal olaraq qiymətləndirilir. Təkcə qrupun deyil,
ümumiyyətlə, turnirin də favoriti hesab olunan Portuqaliyanın isə
Çexiya ilə görüşdə üstün tərəf olması gözlənilir.
18 iyun
F qrupu
Türkiyə-Gürcüstan
Saat 20:00 – “Signal İduna Park”
Portuqaliya-Çexiya
Saat 23:00 – “Red Bull Arena”




























