Advertisement

“Qarabağ” dünya rekordunun bir addımlığında

Bakı. Trend:

Milli çempionatların yüksək liqalarında davam edən səfər
matçlarındakı ən uzun qələbə seriyaları açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, siyahıda üçhakimiyyətlilikdir.

Dünya rekorduna şəriklər ardıcıl 9 səfər oyununda qalib gəlib.
“Fənərbaxça” Türkiyədə, “Slovan” Slovakiyada, VPS Finlandiyada
meydan sahiblərinə “divan tutmaq”dadır.

Son Azərbaycan çempionu “Qarabağ” bu rekordun bir
addımlığındadır. Qurban Qurbanovun yetirmələri yenə lider olduğu
Premyer Liqadakı son 8 görüşündə meydan sahiblərinə aman
verməyib.

Ağdam klubu “Sabah”ı 2:1, “Sumqayıt”ı 6:1, “Zirə”ni 1:0,
“Kəpəz”lə “Səbail”i eyni – 2:1, “Qəbələ”ni 4:0, “Neftçi”ni 4:1,
“Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib. “Qarabağ” sonuncu dəfə
2023-cü il oktyabrın 30-dakı səfər görüşündə xal itirib. Həmin gün
“Araz-Naxçıvan” çempiona qalib gəlib – 2:1. Qurbanovun komandası
növbəti səfər matçına martın 29-da “Kəpəz”ə qarşı keçirəcək.

Qeyd edək ki, Uelsdə ardıcıl 8 qələbəsi qazanan TNS də
“Qarabağ”a şərikdir.