
Bakı. Trend:
“İdman Bizimlə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin
budəfəki qonağı güləş üzrə I-S kateqoriyalı referi Asif Şirəliyev
olub.
O, Paris-2024 Yay Olimpiya Oyunlarına təyinatını dəyərləndirib,
hazırlığı ilə bağlı son durumunu açıqlayıb. Ardıcıl ikinci dəfə
Olimpiadaya dəvət alan ədalət təmsilçisi bunun həm sevincli, həm də
məsuliyyətli olduğunu qeyd edib.
Qonaq Paris-2024-ə lisenziya qazanan güləşçilərimizin şanslarını
da şərh edib.





























