Bakı. Trend:
Fransa millisi ciddi itki ilə üzləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Kilian Mbappe
Avropa çempionatının qrup mərhələsinin 2 oyununu buraxacaq.
Burnu sınan forvard iyunun 21-də Niderland, 4 gün sonra isə
Polşaya qarşı keçiriləcək matçda meydanda olmayacaq. Komandası
mərhələ adlayarsa, kapitan maska ilə mübarizə aparacaq.
Qeyd edək ki, Mbappe AVRO-2024-ün ilk matçında Astriyaya 1:0
hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnib.





























