Bakı. Trend:
“Şamaxı”nın təklifini çox bəyəndim.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Şamaxı”nın yeni transferi Adil
Nağıyev deyib.
“Səbail”in sabiq kapitanı komandasını dəyişməsinə münasibət
bildirib. Onun sözlərinə görə, Bakı təmsilçisindən ayrılma səbəbi
heç də büdcənin azaldılması deyil: “Bu keçiddə maddiyat rol
oynamadı. Məni orda görmək istəmirdilər, bu, çoxunda narahatlıq
yaradırdı. O səbəbdən də qarşılıqlı şəkildə ayrılmağa qərar
verdik”.
Nağıyev yeni klubunda hədəfini də açıqlayıb:
“Komandaya yaxşı yerlərdə olmağa kömək etmək üçün gəlmişəm.
Ayxan Abbasovun da bölgə təmsilçisinə baş məşqçi təyin olunması çox
sevindirdi. Hər kəs inanır ki, o komandanı yaxşı yerlərə
gətirəcək”.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm “dənizçilər”in
heyətində 17 oyuna çıxıb. O, bu matçlarda 1 assistlə yadda
qalıb.





























