Advertisement

Pepe 1-ci, Ronaldo 3-cü – ən yaşlı oyunçular

Bakı. Trend:

Portuqaliyalı müdafiəçi Pepe Avropa çempionatları tarixinə
düşüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, o, meydana çıxan ən yaşlı futbolçu
olub.

AVRO-2024-ün ilk turunun Çexiya ilə görüşündə Pepenin 41 yaş 113
günündə start heyətində yer alıb. Təcrübəli futbolçu macarıstanlı
qapıçı Qabor Kirayın rekordunu təzələyib. Kiray AVRO-2016-da 40 yaş
86 günündə meydanda olub.

Turnirin tarixində 3-cü ən yaşlı oyunçusu isə Kriştiano Ronaldo
olub. O, Çexiyaya qarşı 39 yaş 134 günündə Avropa çempionatında
meydana çıxmaq şansı qazanıb.