Bakı. Trend:
Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov
karyerasını başa vurub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında
paylaşım edib.
32 yaşlı futbolçu bildirib ki, bu, çox ağır və üzücü olsa da,
futbolçu kimi karyeramı bitirməyə qərar verib: “Çox sevdiyim oyunçu
karyeramı başa vurmaq məcburiyyətində qaldım və özümə yeni
səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu qədər çox
ağır bir zədə keçirdim. Şükürlər olsun ki, həyatdayam, ailəmin və
sevdiklərimin yanındayam, hər şeyin sonu olduğu kimi karyeramın da
burada bitdiyini sizlərlə bölüşmək istədim. Milli komanda və klubda
oynadığım futbolçu yoldaşlarım dostlarım və azarkeşlərin hər birinə
təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar….”.
Qeyd edək ki, Ramazanovun sonuncu klubu “Səbail” olub.





























