Bakı. Trend:
Bu ilin I rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
iqtisadiyyatına 65,8 milyon ABŞ dolları investisiya yatırıb.
Trend Azərbaycan Mərkəzi
Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü
ilə müqayisədə 2,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın BƏƏ-nin iqtisadiyyatına
investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,8 %-dən 19,9
%-ə çatıb.
Yanvar-mart aylarında BƏƏ isə Azərbaycan iqtisadiyyatına 190,7
milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən
3,5 dəfə çoxdur.
İl ərzində BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya
qoyuluşunun ümumi investisiyalarda payı 3,6 %-dan 12,6 %-a
çatıb.



























