
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında
proqnozla müqayisədə 2,9 faiz və ya 78 mln. manat çox olmaqla 2
mlrd. 768 mln. manat təşkil edib.
Bu barədə Trend-ə nazirlikdən
məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial
sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya
187 mln. manat artaraq 2 mlrd. 292 mln. manat olub.
Yanvar-may aylarında DSMF-nin xərcləri 2 mlrd. 853 mln. manat
təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və
ya 347 mln. manat çoxdur.



























