Advertisement

Azərbaycan buğda idxalını azaldıb? – Trend.Az

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan 328,5 min ton buğda
idxal edib.

Trend Dövlət Gömrük
Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 72,7
milyon ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından
121,6 min ton (27 %), dəyər baxımından isə 62,2 milyon ABŞ dolları
(46,1 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1
%-ni təşkil edib.