Advertisement

İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı artmaqda davam edir – Səfir

Bakı. Trend:

İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı artmaqda davam
edir.

Trend xəbər verir ki, bunu bu
gün İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbuat
konfransında deyib.

“İtaliyanın ticarət dövriyyəsində ərzaq məhsulları böyük yer
tutur. Aprel ayında İtaliyadan Azərbaycana ərzaq məhsullarının
ixracı illik müqayisədə 13 faiz artıb, – o deyib.

Səfir Azərbaycan və İtaliya arasında yeni əlaqələrin və biznes
imkanlarının inkişafı üçün geniş imkanların olduğunu da
vurğulayıb.

“COP29 kimi böyük beynəlxalq tədbirlər də buna öz töhfəsini verə
bilər”, – diplomat əlavə edib.

Xatırladaq ki, Luka di Canfrançesko bu ilin mayın 20-də
İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni
əvvəllər Klaudio Taffuri icra edib.

(Tərcümə: Gülnarə Kərimova)