
Bakı. Trend:
Azərbaycanla ötənilki oyunumuz çətin alınmışdı.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu Ukraynanın U-21 millisinin baş
məşqçisi Unai Melqosa deyib.
Mütəxəssis AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu və
matça hazırlıq barədə danışıb:
“Biz çətinliklə də olsa, Azərbaycan yığmasına daha çox problem
yaşatmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiəyə çəkiləcək və
rəqibin əks-hücumlarına hazır olmalıyıq. Öz oyunumuzu
yaxşılaşdırmalıyıq ki, Azərbaycana qarşı keyfiyyətli matç
keçirək.
Müsbət seriyamızı davam etdirmək istəyirik. Bütün həftəni
Antalyada birlikdə çalışacaq, yoxlama oyununa Mərakeşin U-23
yığması ilə qarşılaşacağıq. Əlbəttə, Azərbaycanın İngiltərə ilə
matçını da izləyəcəyik. Amma canlı deyil, videoyazı şəklində
baxacağıq”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna matçı martın 26-da “Azərsun
Arena”da keçiriləcək.





























