Advertisement

Azərbaycan bu ölkə ilə qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıb

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycan Avstriya iqtisadiyyatına 28,95
milyon ABŞ dolları investisiya yatırıb.

Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 295,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Avstriyanın iqtisadiyyatına
investisiya qoyuluşunun ümumi investisiyalarda payı 8,8 % olub.

Yanvar-mart aylarında Avstriya isə Azərbaycan iqtisadiyyatına
27,2 milyonn ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ
nisbətən 4,1 dəfə çoxdur.

İl ərzində Avstriyanın Azərbaycanın iqtisadiyyatına investisiya
qoyuluşunun ümumi investisiyalarda payı 0,4 %-dən 1,8 %-ə
qalxıb.