Advertisement

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb

Bakı. Trend:

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində
keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün qadın
güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz
Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2
üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl,
Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar
müəyyənləşəcək.