Advertisement

AVRO-2024: Almaniya millisindən ardcıl 2-ci qələbə

Bakı. Trend:

AVRO-2024-ün A qrupunda II tura start verilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, çempionatın 6-cı oyun gününün ikinci matçı
Ştutqartda baş tutub.

Yarışın ev sahibi Almaniya Macarıstanı qəbul edib. Hər hissədə 1
qol vuran Bundestim ardıcıl 2-ci qələbəsini qazanıb. Qələbə
toplarının müəllifləri Musiala və İlkay olub.

Qeyd edək ki, qrupun digər görüşündə Şotlandiya və İsveçrə
qarşılaşacaq.