Bakı. Trend:
AVRO-2024-də pley-offa yüksələn ilk komanda bəlli olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ev sahibi Almaniya bu vəzifənin öhdəsindən
gəlib.
Bundestim turnirin 2-ci turunda Macarıstanı 2:0 hesabı ilə
məğlub edib. Komandanın qollarını Camal Musiala və İlkay Gündoğan
vurublar. İki oyundan sonra 6 xal toplayan Almaniya yığmasının
qrupda 3-cü yeri tutarsa belə, pley-offda çıxış edəcək. Çünki B
qrupunda Xorvatiya və Albaniya iki oyundan sonra cəmi 1 xal
toplayıb. Digər tərəfdən C qrupunda 3 millinin 6 xal toplaması
mümkün deyil.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutanlar və 3-cü yeri tutan
ən yaxşı göstəriciyə malik 4 yığma 1/8 finala yüksələcək.





























