Advertisement

AVRO-2024: Avtoqol bu dəfə Şotlandiyaya 1 xal qazandırıb

Bakı. Trend:

Bu gün AVRO-2024-ün A qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün son matçı
Kölndə təşkil olunub.

İsveçrə Şotlandiyanı sınağa çəkib. İlk turda məğlub olan
britaniyalılar bu dəfə 1 xala seviniblər. Şotlandiya yenə də
avtoqola sevinib. Almaniya ilə görüşdə Rudiger şotlandları
sevindirmişdisə bu dəfə Şer topu öz komandasının qapısından
keçirib. İsveçrənin bərabərlik qolunun müəllifi Şakiri olub.

Qeyd edək ki, A qrupunda III turun matçları iyunun 23-də
keçiriləcək.