Advertisement

“Sabah” “Makkabi”ni keçmək gücündədir – Futbolçu

Bakı. Trend:

İsrailin əsas komandası Təl-Əviv “Makkabi”sidir. Düşünürəm ki,
“Sabah” bu rəqibi keçmək gücündədir.

Trend xəbər verir ki, bunu
İdman.biz
veteran futbolçu Təbriz Həsənov deyib.

O, Konfrans Liqasında II təsnifat mərhələsinin püşkünü
dəyərləndirib. O bildirib ki, “Sabah” Hayfa “Makkabi”sini (İsrail)
keçmək gücündədir: “Demirəm asan olacaq. Çünki İsrail futbolu ən
yaxşı vaxtlarını yaşayır. Buna baxmayaraq, üstün tərəf
“Sabah”dır”.

Həsənov “Qarabağ”ın heyətində bu klub üzərində qələbəni də
xatırlayıb: “1999-cu ildə Hayfa “Makkabi”sini məğlub edərək, ilk
dəfə mərhələ adladıq. İnanıram ki, “Sabah” da bunu bacaracaq”.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun
1-də baş tutacaq.