
Bakı. Trend:
Bank sektorunda aktiv işəgötürən şirkətlərdən biri kimi Yelo
Bank tez-tez əmək yarmarkalarında, karyera sərgilərində iştirak
edir. Məqsəd iş axtaran potensiallı gənclərlə tanış olmaq, onlara
Yelo-dakı karyera fürsətlərini tanıtmaq və onları namizəd kimi
dəyərləndirməkdir. Bu cür tədbirlərə gənclərin marağını
dəyərləndirən Yelo Bank, Dövlət Məşğulluq Agentliyi ilə birlikdə bu
dəfə özü əmək yarmarkasına ev sahibliyi etdi. “Yelo Career
Festival” adlı əmək yarmarkasında 30-dan çox şirkət 300-dən çox
vakansiya ilə iştirak etdi. Yarmarkaya qatılan yüzlərlə gənc başda
Yelo Bank olmaqla, müxtəlif sektorları təmsil edən prestijli
şirkətlərin aktiv vakansiyaları ilə tanış olmaq, yerindəcə müraciət
etmək və dəyərli əlaqələr qurmaq imkanına nail oldular. Tədbirin
yekununda iştirakçı qismində qatılan şirkət nümayəndələrinə
Yelo-dan təşəkkür sertifikatları təqdim edildi.
Qeyd edək ki, Yelo Bank gənclərə dəstək naminə bir çox
universitet və təşkilatlarla aktiv əməkdaşlıq edir. Tələbələrə
gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların
bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazandırmaq
Bankın əsas sosial missiyalarından biridir. Yelo Bank-ın karyera
imkanlarında xəbər tutmaq və faydalanmaq üçün sosial şəbəkələrdə
Yelo Team səhifəsini izləyə bilərsiniz.
Banklarda vakansiya (https://www.yelo.az/az/about-bank/career/vacancies/)
ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



























