Advertisement

Gimnastlar İtaliyada 13 medal qazanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan yığması İtaliyada keçirilən
beynəlxalq turnirdə uğurla çıxış edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini
təmsil edən idmançılar Parmadakı yarışa qatılıblar.

Komandamız turnirdə müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl,
6 gümüş və 2 bürünc medal qazanıb. Ənənəvi xarakter daşıyan Parma
turniri ardıcıl 16-cı dəfə təşkil olunub.

15 yaşlılar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.

https://www.youtube.com/watch?v=0FQYs47R9sM