Advertisement

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub

Bakı. Trend:

“Lester”in yeni baş məşqçisi bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti
açıqlayıb.

Premyer Liqaya qayıdan “tülkülər”ə Stiv Kuper başçılıq edəcək.
Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, uelsli mütəxəssis 2023-cü ilin dekabrında
“Nottinhem Forest”dən ayrılıb.