
Bakı. Trend:
Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna
maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA
Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Müştəri Mühafizəsi
Sertifikatının Qızıl səviyyəsinə layiq görüldüyünü qürur hissi ilə
bəyan edir.
FINCA Azerbaijan-ın ilk dəfə 2015-ci ildə MicroFinanza Rating
(MFR) Agentliyindən əldə etdiyi nüfuzlu Müştəri Mühafizəsi
Sertifikatı hazırda yenilənmiş formada təqdim edilir və bu
sertifikatın qazanılması onu göstərir ki, FINCA Azerbaijan öz
əməliyyatlarında müştərilərin mühafizəsi sahəsində ən yüksək
standartların tətbiq edilməsi öhdəliyinə sadiqdir.
FINCA Azerbaijan-ın missiyası olaraq fərdlərin və ev
təsərrüfatlarının daha çox imkanlar əldə etməsinə köklənən maliyyə
xidmətlərinin özəyində müştəri maraqlarının qorunması durur. Etik
və müştərilərin mühafizəsi standartlarına ciddi riayət edən FINCA
Azerbaijan təşkilatı müştərilərin inamını qazanmaq və onların
maraqlarını qorumaq baxımından nə qədər sadiq bir təşkilat olduğunu
artıq nümayiş etdirib. Təşkilat sözügedən sertifikatlaşma
prosesindən keçməklə özünün nə qədər məsuliyyətli və şəffaf bir
qurum olduğunu göstərib və bununla da ölkədə etibarlı maliyyə
tərəfdaşı mövqeyini daha da möhkəmləndirib.
“Biz MicroFinanza Rating agentliyi tərəfindən Müştəri Mühafizəsi
Sertifikatının Qızıl səviyyəsinə layiq görülməyimizdən qürur hissi
duyuruq” – deyə FINCA Azerbaijan-ın Ölkə üzrə direktoru Timoti
Tarrant bildirib. “Bu uğur bir daha onu göstərir ki, bizim üçün
müştərilərimizin ehtiyacları ön planda durur və onlara xidmət
zamanı ən yüksək etik davranışlar nümayiş etdiririk. Bu gün də
bizim əsas məramımız maliyyə inklüzivliyini artırmaq və eyni
zamanda müştərilərimizin rifahını və maraqlarının mühafizəsinı
təmin etməkdir.”
MicroFinanza Rating Agentliyinin təqdim etdiyi Müştəri
Mühafizəsi üzrə Sertifikatlaşdırma proqramı hərtərəfli
qiymətləndirmə çərçivəsidir və mikromaliyyə təşkilatlarının
müştərilərin mühafizəsi sahəsində beynəlxalq səviyyədə tanınmış
prinsiplər toplusuna sadiqliyini dəyərləndirir. Bu
sertifikatlaşdırma prosesi idarəçilik, şəffaflıq, məsuliyyətli
qiymətqoyma və müştərilərlə ədalətli davranış kimi fəaliyyətlərin
hərtərəfli qiymətləndirilməsini ehtiva edir.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı (QBKT)
məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və
gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə
ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir.
1999-ci ildən Azərbaycanda rəsmi fəaliyyət göstərən “FINCA
Azerbaijan” QBKT “FINCA Impact Finance” təşkilatına aid 16 bank və
mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq
müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının fəaliyyəti
haqqında ətraflı məlumatı *2525 çağrı mərkəzinə, finca.az saytına və ya rəsmi sosial media
hesablarına müraciət edərək əldə etmək mümkündür.



























