Bakı. Trend:
“Los-Anceles Leykers”in yeni baş məşqçisinin adı dəqiqləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, NBA təmsilçisinə Cey Cey Redik rəhbərlik
edəcək.
Onunla 4 illik müqavilə imzalanacaq. Artıq Redikin köməkçisi də
dəqiqləşib. İki qat NBA çempionu Recon Rondonun onun assistenti
olacağı bildirilib.
Qeyd edək ki, “Leykers”ə son mövsümdə Devid Hem başçılıq edib.
Komanda onun rəhbərliyi ilə pley-offun ilk mərhələsində “Denver”ə
1:4 hesabı ilə uduzub.





























