Bakı. Trend:
Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin
eyni dövrü ilə müqayisədə 21,6 % çox – 74,4 milyon manat vəsait
köçürüb.
Trend bu barədə quruma
istinadən xəbər verir.
Məlumata görə, 5 aylıq ödənişin 59,2 milyon manatı (25,4 % çox)
özəlləşdirmə, 15,2 milyon manatı (8,5 % çox) isə icarə hesabına
təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 23 özəlləşdirmə hərracı keçirib.
Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik
dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca
çıxarılmış dövlət əmlakları üzrə 294 elektron sifariş qəbul edilib,
hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram
təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.
Ötən 5 ayda 1 519 yeni icarə müqaviləsi bağlanılıb. İcarə
müqavilələrindən 362-si qeyri-yaşayış, 1 157-si isə torpaq
sahələrinə aid olub.



























