
Bakı. Trend:
İyunun 24-də Londonda ikinci “IEA-COP29” yüksək səviyyəli dialoq
keçiriləcək.
Trend xəbər verir
ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih
Birol sosial şəbəkədəki səhifəsində X.
“İyunun 24-də Londonda COP29-un prezidenti Muxtar Babayevlə 2-ci
“IEA-COP29″ yüksək səviyyəli dialoqumuza həmsədrlik etməyi
səbirsizliklə gözləyirəm”, – Fatih Birol bildirib.
O vurğulayıb ki, tədbir zamanı enerji, iqlim və maliyyə
liderləri təmiz enerjiyə, xüsusilə də inkişaf etməkdə olan
iqtisadiyyata investisiyaların necə artırılmasına diqqət
yetirəcəklər.
Xatırladaq ki, ilk COP29-IEA yüksək səviyyəli dialoq mayın 15-də
Parisdə baş tutub.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Gülnarə Kərimova)



























