Bakı. Trend:
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanı
təmsil edəcək “Sumqayıt”ın səfər matçının vaxtı dəyişdirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, təmsilçimiz Macarıstanda “Şosto” Arenada
“Fehervar”la oyuna 1 gün tez çıxacaq.
Qarşılaşma nəzərdə tutulduğu kimi, avqustun 1-də deyil, iyulun
31-də baş tutacaq.
Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun
25-də keçiriləcək.





























