
Bakı. Trend:
Xalq Bank yeni kampaniya ilə müştərilərə XalqKartı pulsuz əldə
etmək imkanı yaradır. Kampaniya ərzində hər kəs XalqKart
Petrol və XalqKart
Cashback kartlarını ilkin mədaxilsiz və xidmət haqqı ödəmədən
əldə edə biləcək!
Kampaniya iki mərhələli olmaqla 20 mart-5 aprel və 01-31 may
tarixlərdə qüvvədə olacaq.
Xatırladaq ki, XalqKart
Petrol ilə müştərilər həm ölkə daxilind, həm də xaricdə
apardığı nağdsız ödənişlərdən bonus qazanıb toplanmış bonusları
ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər.
XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan keşbek
qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8%
əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək
komissiyasız köçürmə və aylıq 1000 AZN-dək komissiyasız
nağdlaşdırma imkanları mövcuddur. Hər bir kart üzrə müştəri aylıq
300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya
ayrılmış kart sayı məhduddur.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/
səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı
ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən,
138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə
səhifələrindən əldə etmək olar.



























