Advertisement

Xalq Bank Bank of New York Mellonda müxbir hesab açdı

Bakı. Trend:

Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf
etdirilməsi istiqamətində növbəti uğurlu addım ataraq ABŞ-nin iri
banklarından biri olan Bank of New York Mellon bankında müxbir
hesablar açıb.

Xalq Bankın beynəlxalq müxbir əlaqələr şəbəkəsinin
genişləndirilməsinə xidmət edən bu əməkdaşlıq həm də Bankın
beynəlxalq maliyyə bazarlarında yüksək işgüzar reputasiyasını
təsdiqləyir. Qeyd edək ki, ABŞ bankında müxbir hesabın açılması
Xalq Bank müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan
və sürətli icrasına imkan verəcək.

ABŞ-nin ən qədim banklarından sayılan Bank of New York Mellon
1784-cü ildə təsis edilib. Hazırda bankın 40-dan çox ölkədə
nümayəndəlikləri fəaliyyət göstərir.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda
regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir.
Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30
filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə
müasir və rahat bankçılıq xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.