Bakı. Trend:
Bu gün AVRO-2024-ün E qrupunda II tura start verilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, günün ilk matçı Düseldorfda
keçirilib.
Slovakiya Ukraynanı sınağa çəkib. Çempionata Belçikanı məğlub
edərək sensasiya ilə başlayan İvan Qaşekin yetirmələri bu görüşə də
yaxşı start veriblər. Erkən qol vuran slovaklar fasilədən sonra
üstünlüyü qoruya bilməyiblər. 2 dəfə fərqlənən Ukrayna vacib qələbə
qazanıb. Komanda ötən turda Rumıniyaya darmadağını unutdurub.
Qeyd edək ki, qrupda tura sabah keçiriləcək Belçika – Rumıniya
matçı ilə yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, E qrupu
17:00. Slovakiya – Ukrayna – 1:2
Qollar: İvan Şranz, 17 – Mikola Şaparenko, 54. Roman
Yaremçuk, 80
Baş hakim: Maykl Oliver (İngiltərə)
Düsseldorf Arena
|
1 |
Rumıniya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
2 |
Ukrayna |
2 |
1 |
0 |
1 |
2-4 |
3 |
|
3 |
Slovakiya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
4 |
Belçika |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |





























