Bakı. Trend:
Bu gün AVRO-2024-ün D qrupunda II tura start verilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Polşa və Avstriya üz-üzə gəlib.
Ötən turda uduzan komandaların duelində hər iki tərəf ilk 3 xal
üçün döyüşüb. Avstriya yığması qələbə qazanan tərəf olub. Onlar
Polşanın qapısından 3 top keçiriblər. “Panlar” bu toplardan yalnız
1-nin əvəzini çıxa biliblər.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər oyununda Fransa və
Niderland qarşılaşacaq.
AVRO-2024
Qrup mərhələsi, II tur
21 iyun, D qrupu
20:00. Polşa – Avstriya – 1:3
Qollar: Kjiştof Piatek, 30 – Gernot Trauner, 9. Kristof
Baumqartner, 66. Marko Arnautoviç, 78 (pen.)





























