Bakı. Trend:
İtaliyalı əfsanə Roberto Baccionun evinə basqın olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, hadisə veteran futbolçunun ailəsi ilə birlikdə
AVRO-2024-ün İtaliya – İspaniya (0:1) matçını izlədiyi zaman baş
verib.
Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi ilə
zərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə
“Qızıl top”u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayan
naməlum şəxslər evi qarət ediblər.
Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pul
götürüblər.
Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisə
müraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçunun
başına bir neçə tikiş qoyulub.





























