Bakı. Trend:
Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən “BRICS Sports
Games Kazan 2024” beynəlxalq multi-idman oyunları davam edir.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan daha 4 medal qazanıb.
Koreş idman növü üzrə təmsilçilərimizdən Ariz Hüseynov (60 kq)
və Mehdi Həciyev (80 kq) qızıl, Abdulla Şərif (90 kq) və Cəsur
Mehdiyev (70 kq) isə bürünc medal qazanıblar.
Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı
medalların sayı 21-ə yüksəlib. Komandamızın hesabında 6 qızıl, 5
gümüş və 10 bürünc mükafat var.





























