Advertisement

Olimpiyaçımız Avropa çempionu olub – Trend.Az

Bakı. Trend:

Azərbaycan avarçəkəni Diana Dımçenko Avropa çempionu tituluna
yiyələnib.

Trend İdman.biz
istinadən xəbər verir ki, olimpiyaçımız bu uğura Polşanın Qdansk
şəhərində keçirilən sahil avarçəkməsi və çimərlik sprint üzrə qitə
birinciliyində imza atıb.

Millimizin lideri bir nəfərlik qayıqla təsnifat mərhələsində
finişə birinci çataraq A finalına yüksəlib. Həlledici mərhələdə
5-ci sırada mübarizə aparan Dımçenko irlandiyalı Dukarska Monika və
finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci
pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ)
klubunun üzvləri Murad Sadıqov – Boqdan Qladçenko cütlüyü də A
finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə
qərarlaşıblar.