Advertisement

Bu amil “Sabah”a kömək edə bilər – “Makkabi”nin sabiq futbolçusu

Bakı. Trend:

“Futbolda hər şeyin mümkün olduğunu artıq hamımız bilirik.

Trend xəbər verir ki, bunu
İdman.biz
“Sumqayıt”ın futbolçusu Roi Kehat deyib.

İsrailli yarımmüdafiəçi “Sabah”ın Konfrans Liqasının II təsnifat
mərhələsində Hayfa “Makkabi”sinə rəqib olmasını dəyərləndirib. O,
ölkəsinin komandasının üstün tərəflərini açıqlayıb: “Maraqlı matç
ola bilər. “Makkabi” son illərdə İsraildə, eləcə də Avropada çox
yaxşı nəticələr göstərən əla komandadır. Keçən il bir çox oyunçu
klubu tərk etdi və buna baxmayaraq, yaxşı nəticələrə imza
atdılar”.

“Makkabi”nin sabiq futbolçusu “Sabah”ın da üstün tərəflərini
açıqlayıb: “Bildiyimiz qədərilə oyun İsraildə keçirilməyəcək.
“Makkabi”nin öz stadionunda oynamaması “Sabah”a kömək edə
bilər”.

Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 25-də səfərdə
“Makkabi”yə qarşı keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda
olacaq.