Bakı. Trend:
ABŞ-da keçirilən Amerika kubokunda yeni rekord qeydə alınıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki,, yarışın tarixində görünməmiş hadisə Peru
– Çili matçında yaşanıb.
Amerika kubokunda ilk dəfə meydana 40 yaşdan yuxarı futbolçu
çıxıb. Üstəlik, belə veteranların sayı bir deyil, iki olub.
Çilinin qapıçısı Klaudio Bravo 41 yaş 69 günlüyündə şans
qazanıb. O, Amerika kuboku tarixində ən yaşlı futbolçu olub.
Perunun hücumçusu Paolo Gerrero 40 yaş 172 günlüyündə meydana
çıxıb. O, turnirin tarixində ən yaşlı sahə oyunçusu, ümumilikdə
ikinci futbolçusu olub.
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə bitib.





























