Advertisement

AVRO-2024: Portuqaliya Türkiyəni məğlub edib (VİDEO)

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024-ün F qrupunda II tura bu gün
yekun vurulub.

Trend İdman.biz
istinadən xəbər verir ki, günün ikinci matçında Türkiyə və
Portuqaliya qarşılaşıb.

F qrupunun liderlərinin görüşündə Portuqaliya böyükhesablı
qələbə qazanıb. Kriştiano Ronaldonun komandası Türkiyə yığmasının
qapısından 3 cavabsız top keçirib. Bu qələbə portuqaliyalıları 1/8
finala yüksəldib.

Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da
keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
20:00.Türkiyə – Portuqaliya – 0:3
Qollar:
Bernardo Silva, 21. Samet Akaydın, 28 (öz
qapısına). Bruno Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenştadion