Bakı. Trend:
“Real” yeni müdafiəçini transfer edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, İspaniya klubu Leni Yoronu heyətinə
qatmağa yaxındır.
“Lill” 18 yaşlı futbolçunun qiymətində güzəştə getməyə razı
olub. Fransa klubu istedadlı arxa xətt oyunçusu üçün öncə 100
milyon avro tələb etsə də, artıq bu rəqəm 40 milyona düşüb. Yoronun
özü də “Real”dan başqa heç bir kluba keçməyəcəyini bəyan edib.
Qeyd edək ki, ötən mövsüm 44 matça çıxan Leni 3 qol vurub.





























