Advertisement

“İnter” Hakan Çalhanoğluya 60 milyon avro qiymət qoyub

Bakı. Trend:

“Bavariya” Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlunu
transfer etmək istəyir.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu təklifi müsbət
qarşılayıb.

Amma “İnter”in yüksək transfer məbləğ tələb etməsi suallar
yaradıb. “Neradzurri” Hakanı 60 milyon avrodan aşağı qiymətə
satmayacağını açıqlayıb. Münhen klubunun 30 yaşlı futbolçuya yüksək
məbləğ ödəyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Çalhanoğlu A seriyasının son mövsümündə 32 oyunda
13 qol vurub, 3 ötürmə edib. O, İtaliya çempionu tituluna
yiyələnib.