
Bakı. Trend:
Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start
verilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, III turun ilk günündə A qrupunda
mübarizəyə yekun vurulub.
Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşüb. 1/8
finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni çətinliklə
qoruyub. Uzun müddət hesabda geri olan almanlar 90+2-ci dəqiqədə
bərabərlik qolunu vurublar. İsveçrə isə pley-offa məğlubiyyətsiz
yüksəlib.
Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün
mübarizə aparıb. Hər iki komandanın qol vurmaq şansları olub.
Hakimin əsas vaxta əlavə etdiyi 10-ci dəqiqədə Macarıstan qələbə
topunu vurub. 3 xal qazanan macarlar pley-off ümidini
saxlayıblar.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, III tur
23 iyun, A qrupu
23:00. İsveçrə – Almaniya – 1:1
Qollar: Dan Ndoye, 28 – Niklas Fullkruq, 90+2
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena
23:00. Şotlandiya – Macarıstan – 0:1
Qol: Kevin Çobot, 90+10
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart Arena





























