Advertisement

“Çelsi” müdafiəçini 37,5 milyona satıb

Bakı. Trend:

“Aston Villa” niderlandlı müdafiəçi İan Matsenlə güclənəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Çelsi”nin futbolçusu tibbi müayinədən
uğurlu keçib.

Bu sövdələşmə London klubuna 37,5 milyon funt qazandıracaq.
“Aston Villa” 22 yaşlı futbolçu ilə 6 illik müqavilə
imzalayacaq.

Qeyd edək ki, Matsen son mövsümün ikinci hissəsini icarə
əsassında “Borussiya”da (Dortmund) keçirib. O, Almaniya klubunda 23
oyunda 3 qol və 2 ötürmə ilə yadda qalıb.