Advertisement

Millimiz dünya reytinqində geriləyib – Trend.Az

Bakı. Trend:

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət komandaların
reytinq siyahısı açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası
yer alıb.

Azərbaycan millisi dünyada 7-cidir. Yığmamızın hesabında 353,841
xal var.

Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (538,857), Çin
(472,256), Niderland (414,802), Almaniya (394,524) və “Düsseldorf
ZOOS” (371,189) millimizi qabaqlayır.

Qeyd edək ki, ötən cədvəldə 6-cı olan millimiz Düsseldorf
təmsilçisini özündən önə buraxıb.